Reşford İngiltərə yığmasından uzaqlaşdırılıb

“Mançester Yunayted”in ulduzu Reşford zədələndiyi üçün İngiltərə yığmasının heyətindən kənarlaşdırılıb.

Allsport.az xəbər verir ki, İngiltərə premyer liqa komandası “Mançester Yunayted”də çıxış edən Markus Raşford zədə səbəbindən 2024-cü il futbol üzrə Avropa çempionatının (AVRO-2024) seçmə mərhələsində İtaliya və Ukrayna ilə keçiriləcək oyunlar üçün İngiltərə milli komandasının heyətindən yer almayacaq.

Klubdan verilən məlumata görə, İngiltərə kubokunun 1/4 final mərhələsində “Fulhem”i 3:1 hesabı ilə məğlub etdikləri matçın 50-ci dəqiqəsində künc zərbəsi zamanı ayağından zərbə alan Reşford bir müddət istirahət edəcək.

Həmin kateqoriyadan