Rusiya Superliqasında Rındinin 2 xalı «tələbələr»ə yetmədi

Milli basketbolçumuz Aleksandr Rındinin çıxış etdiyi «Universitet-Yuqra» dünən Superliqanın 15-ci turunda Səfərdə «Spartak-Primorye» klubu ilə görüşüb.

Allsport.az saytı xəbər verir ki, gərgin mübarizədə  «tələbələr» Vladivostok təmsilçisinə 71:74 hesabı ilə uduzub. Həmyirlimiz bu matçda Surqut şəhərinin komandasına 2 xal qazandırıb, 1 götürmə edib.

Hazırda qara zolaqda olan «Universitet-Yuqra» ölkə çempionatında 22 xalla 10-cu yerdədir. Rındinin komandası növbəti görüşünü yanvarın 16-da «Ximki-Podmoskovye»yə qarşı keçirəcək. Rəqib 21 xalla 12-ci sıradadır.

Həmin kateqoriyadan