Rındinin komandası «Rusiya»nı 107 xalla keçdi

Milli basketbolçumuz Aleksandr Rındinin şərəfini qoruduğu «Universitet-Yuqra» Superliqanın 1-ci mərhələsinin 20-ci turunda səfərdə «Rusiya» klubunu ilə görüşüb.

Allsport.az saytı xəbər verir ki, gərgin və məhsuldar keçən mübarizədə «tələbələr» Moskva komandasını ram etməyi bacarıb – 107:102.

Bu matçda həmyerlimiz ən yaxşılardan olub. O, 17 xal qazanıb, 3 götürmə və 1 ötürmə edib. «Universitet-Yuqra» hazırda ölkə çempionatında 31 xalla 9-ci yerdədir.

 

Həmin kateqoriyadan