FOTO
“Rinq-qız” evində 17 köpək və Koko adlı pişik saxlayır

Karla Mari Moreno – peşəkar model, Yutubda videoblogger və İnstagramda çox sayda izləyicini diqqət mərkəzinə çəkməyi sevən və lüks həyatından zövq alan birisidir. Allsport.az saytının məlumatına görə, kiçik yaşlarından Meksikada çətinlik içində yaşayak qızçığaz istedadı sayəsində zamanla irəliləyib. ABŞ, Arizona ştatına köç etməsi işini daha rahatlaşdırıb.

2015-ci ildə gözəlçə modellik karyerasını davam etdirmək qərarına gəlib və “Ring Hard MMA”da “Rinq-qız” rolunu alaraq, raundların sayını göstərən lövhələri nümayiş başlayıb. Sonra ona başqa təklif gəlib və bir neçə böyük idman modeli agentliyində çalışıb.

Karlanın maraqlı hobbisi var. Ev heyvanları sevən qız 17 köpək və Koko adlı pişik saxlayır.

Həmin kateqoriyadan