Rio-2016-ya rekord sayda – 56 olimpiyaçı ilə yollanırıq

Rio Yay Olimpiya Oyunlarında iştirak edəcək “xoşbəxlər”imizin siyahısı açıqlanıb. Allsport.az saytı xəbər verir ki, okeanın o tayına bizdən 56 idmançı (59 lisenziya) yollanacaq. Bu, London-2012 ilə müqayisədə 6 lisenziya çoxdur. “Dördillik”də mübarizə aparacaq olimpiyaçılarımızın 23-ü yerli, 22-si legionçudurlar. Komanda okeanın o tayına 1 3-qat, 3 2-qat, cəmdə 12 dünya çempionu ilə yollanır. Millimiz 13 növdə təmsil olunacaq. Bunlardan ikisində yeniyik – triatlon və kamandan oxamma. 4 il öncə Britaniya paytaxtına da yeni növ sayı vardı (Qeyd edək ki, qırmızı işarələnmişlər yerli idmançılarımızdır; qarşısında ulduz olanlar neçə dəfə dünya çempionu olmaqlarına işarədir).

Boks (kişilər tam heyətlə)

Rüfət Hüseynov (49 kq)
Elvin Məmişzadə* (52 kq)
Cavid Çələbiyev* (56 kq)
Albert Səlimov (60 kq)
Lorenzo Sotomayor (64 kq)
Pərviz Bağırov (69 kq)
Kamran Şahsuvarlı (75 kq)
Teymur Məmmədov (81 kq)
Abdulkadir Abdullayev (91 kq)
Məhəmmədrəsul Məcidov** (+91 kq)
Yana Alekseyevna (60 kq)

Atletika

Skidan Anna (çəkic atma)
Nazim Babayev (üç təkanla tullanma)
Hayle İbrahimov (5000 metrə qaçış)
Evans Kiplaqat (marafon)

Avarçəkmə

Aleksandr Aleksandrov/Boris Yotov (akademik avarçəkmə, 2-nəfərlik qayıqla 2000 metrə)
Valentin Demyanenko*** (kanoe, 1-nəfərlik qayıqla 200 metrə )
İnna Osipenko-Rodomska (kayak, 1-nəfərlik qayıqla 200 və 500 metrlərə)
Yure Meqliç (kanoe-slalom, 1-nəfərlik qayıq)

Güləş

Yunan-Roma

Rövşən Bayramov* (59 kq)
Rəsul Çunayev* (66 kq)
Elvin Mürsəliyev (75 kq)
Saman Təhmasibi (85 kq)
Sabah Şəriəti (130 kq)

Qadın 

Mariya Stadnik* (48 kq)
Nataliya Snişin (53 kq)
Yuliya Ratkeviç* (58 kq)

Sərbəst (tam heyətlə)

Hacı Əliyev** (57 kq)
Toğrul Əsgərov (65 kq)
Cəbrayıl Həsənov (74 kq)
Şərif Şərifov* və ya Nurməhəmməd Qacıyev (86 kq)
Xetaq Qazyumov* (97 kq)
Camaləddin Məhəmmədov (125 kq)

Gimnastika

Marina Durunda (bədii gimnastika, çoxnövçülük)
Oleq Stepko (idman gimnastikası, paralel qollar)
Petro Paxnyuk ( idman gimnastikası, 6 alət)

Taekvondo (hər 2 komanda tam heyətlə)

Milad Beigi Harçeqani (80 kq)
Radik İsayev* (+80 kq)
Patimat Abakarova (49 kq)
Fəridə Əzizova (67 kq)

Qoşacarx

Maksim Averin (şosse)
Yelena Pavluxina (şosse)
Olqa İsmayılova (trek keyrin və sprint)

Qılıncoynatma

Səbina Mikina (sablya)

Triatlon

Rostislav Pevtsov (fərdi)

Kamandan oxatma

Olqa Senyuk

Güllə atıcılığı

Ruslan Lunyov (10 və 50 metrə)

Cüdo

Orxan Səfərov (60 kq)
Nicat Şıxəlizadə (66 kq)
Rüstəm Orucov (73 kq)
Məmmədəli Mehdiyev (90 kq)
Elmar Qasımov  (100 kq)
Kokauri Uşangi (+100 kq)

Üzgüçülük

Fatimə Alkərəmova (100 metrə sərbəst üsulla)
Boris Kirilov (200 metrə arxası üstə)

Həmin kateqoriyadan