Rio-2016 yolunda: 28 vəsiqədən 6-sı yerli, 22-si legionçuların payına düşür

Bu günə qədər Azərbaycan idmançıları dünya çempionatları, təsnifat yarışları və Rio-2016-ya xal verən turnirlərdə 28 vəsiqəyə sahib çıxıblar. Allsport.az saytının məlumatına görə, qazanılan lisenziyaların 6-sı yerli, 22-si legionçuların payına düşür. Aparıcı idman növlərimizin qarşısına daha yüksək vəzifələr qoyduqları uçun, gələn il vəsiqələrin sayının artacığını ehtimal etmək olar. Qeyd edək ki, olimpiya komandamız London-2012-yə 53 nəfərlik heyətlə yollanmışdı. Çox güman, cari olimpiya siklində, ən azı, bu say tərkibi təkrarlanacaq. İndiyəədk idmançılarımızın yiyələndiyi lisenziyaların xronoloji ardıcılılğı aşağıdakı kimidir:

1. Albert Səlimov (boks, 60 kq)
2. Nazim Babayev (atletika, 3 təkanla tullunma)
3.Anna Skidan (atletika, çəkicatma)
4.Hayle İbrahimov (atletika, 5000 metr məsafəyə qaçış)
5. İnna Osipenko-Rodomska (kayak, 1-nəfərlik qayıqla 200 və 500 metr məsafələrə)
6. Valentin Demyanenko (kanoe, 1-nəfərlik qayıqla 200 metr məsafəyə)
7. Aleksandr Aleksandrov və Boris Yotovdan (akademik avarçəkmə, 2-nəfərlik qoşa avarlı qayıqla 2000 metr məsafəyə)
8.Yure Meqriç (kanoe-slalom, 1-nəfərlik qayıq)
9. Elvin Mürsəliyev (75 kq, yunan-Roma güləşi)
10.Rövşən Bayramov (59 kq, yunan-Roma güləşi)
11. Saman Təhmasibi (85 kq, yunan-Roma güləşi)
12.Sabah Şəriəti (130 kq, yunan-Roma güləşi)
13. Mariya Stadnik (48 kq, qadın güləşi)
14. Anjela Doroqan (53 kq, qadın güləşi)
15. Yuliya Ratkeviç (58 kq, qadın güləşi)
16. Toğrul Əsgərov (65 kq, sərbəst güləş)
17. Məhəmmədhacı Xatiyev (86 kq, sərbəst güləş)
18. Xetaq Qazyumov (97 kq, sərbəst güləş)
19. Marina Durunda (çoxnövçülük, bədii gimnastika)
20. Camaləddin Məhəmmədov (125 kq, sərbəst güləş)
21. Elvin Məmişzadə (52 kq, boks)
22. Pərviz Bağırov (69 kq, boks)
23. Oleq Stepko (paralel qollar, idman gimnastikası)
24-27. Ağırlıqqaldırma
28. Radik İsayev (+80 kq, taekvondo)

Həmin kateqoriyadan