Rio Olimpiya Kəndində Azərbaycan bayrağı avqustun 3-də yüksələcək

Olimpiya millimiz avqustun 1-də axşam saatlarında Rio-de-Janeyroya yola düşəcək. Allsport.az saytının məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Bildirib ki, komandamız 14 saatlıq uçuşdan sonra avqustun 2-də səhər saat 09:30-da Braziliyaya çatacaq. Bir gün sonra Olimpiya Kəndində Azərbaycan idmançılarının salamlama və üçrəngli bayrağımızın qaldırılması mərasimi təşkil olunacaq.

Nazir qeyd edib ki, komandamız böyük tərkibli heyətlərə daxildir. Ölkəmiz olimpiya oyunlarında 56 idmançı ilə təmsil olunacaq.

O, diqqətə çatdırıb ki, millimiz Olimpiya Kəndində portuqaliyalı və slovakiyalı həmkarları ilə eyni binada məskunlaşacaq.

Həmin kateqoriyadan