Robert Prosineçki: Almaniya ilə oyunlarda favorit biz deyilik

“Ay-ulduzlular”ımızın baş məşqçisi Robert Prosineçki millimizin DÇ-2018-in seçmə mərhələsində çıxışını dəyərləndirib. Allsport.az saytı xəbər verir ki, xorvatiyalı mütəxəssis bunları söyləyib:

“Biz doğrudan da böyük səylə çalışırıq. Oyunçularda özünəinam hissi yaranıb. Artıq onlar öz güclərinə əmindirlər, istənilən rəqibi təəccübləndirməyi bacaracaq gücdə olduqlarını bilirlər”.

O, Xorvatiya yığmasının heyətində Almaniya ilə oyunda sürprizi Azərbaycan komandası ilə təkrarlamağın mümkünlüyünə dair suala belə cavab verib: “Biz Almaniya millisindən danışırıq! Hans ki, bu komandada bir çatışmazlıq yoxdur. Onlar həmişə güclüdürlər.

Daim böyük turnirlərin final mərhələsində çıxış edirlər. Almaniya ilə oyunların favoriti olmaq mümkün deyil. Bu, hansısa klubun Madrid “Real”ına, “Barselona”ya qarşı oyunun favoriti adlandırılmasına bənzəyir”.

Həmin kateqoriyadan