Robert Prosineçki: “Milliyə çağırılacaq futbolçunun yaşı önəmli deyil”

Antalyada təlim-məşq toplanışında olan Topaz Premyer Liqası klublarının məşq prosesini və yoxlama oyunlarını izləyən Azərbaycan milli komandasının baş məqşçisi Robert Prosineçki açıqlama veirb. Allsport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis bunları söyləyib:

“Burada olduğum müddətdə xeyli məlumat əldə etmişəm. Antalyada hazırlıq keçən klublarımızın hamısının məşqlərini və oyunlarını izləmişəm. Təbii ki, fasilədən sonra komandalar heç də ideal formada olmurlar. Tədricən onlar formalarını bərpa edəcəklər. Hələ ki, gördüklərimdən razıyam. Oyunçular məşqlərdə və oyunlarda həvəslə çalışırlar. Oyunlarda əllərindən gələnin ən yaxşısını etməyə cəhd edirlər. Burada gördüklərim millinin oyun keyfiyyətini artıra biləcəyimizə zəmin yaradır.

Azərbaycandan kənarda çıxış edən bəzi futbolçuların oyunlarını canlı izləməsəm də, əksəriyyəti haqda məlumatım var. Kimin nəyə qadir olduğunu bilirəm. Çünki lazım olan bütün məlumatlar əlimdədir. Bir məsələyə də toxunum. Milliyə dəvət edəcəyim futbolçunun yaşı önəmli deyil. Həm gənclərə, həm də təcrübəlilərə özünü göstərmək şansı verəcəyəm. Əsas futbolçunun yaşı yox, hansı formada olmasıdır. Oyunları tək mən yox, köməkçilərim də izləyirlər. Çünki mənim hər oyuna getməyim qeyri-mümkündür. Buna zamanım yetməz.

Millinin toplanışı ərzində keçirəcəyimiz yoxlama oyunu ilə bağlı rəqib axtarışı davam edir. Bildiyiniz kimi, oyunumuz FİFA-nın rəsmi yoldaşlıq oyunları gününə təsadüf etmir. Buna görə də rəqib tapmaq bir qədər çətindir. Amma rəqib tapıb, yoxlama oyunu keçirəcəyik”.

Həmin kateqoriyadan