- Baxış sayı: 56
- 01 Noyabr 2026 18:26
- Baxış sayı: 259
- Oktyabr 25, 2026
- 0

Portuqaliya millisinin hücumçusu 41 yaşında dünya çempionatının pley-off mərhələsində meydana çıxan ilk futbolçu olub.
Allsport.az saytı xəbər verir ki, Kriştianu Ronaldo DÇ-2026-nın 1/16 final mərhələsinin Xorvatiya ilə matçında start heyətində yer alıb. Pirineylilər 2:1 hesablı qələbə qazanıb.
Ronaldu bu matçda fərqlənə bilib. 41 yaşlı hücumçu 68-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən hesabı bərabərləşdirib.
Bu cütün qalibi 1/8 finalda İspaniya millisi ilə qarşılaşacaq.