Ronaldu İslandiya ilə oyundan əvvəl Ginnesin “Rekordlar kitabı”ndan sertifikat alıb

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu Avro-2024-ün seçmə mərhələsi matçı öncəsi Ginnesin “Rekordlar kitabı”ndan sertifikat alıb.

Allsport.az xəbər verir ki, hücumçu dünyanın bütün oyunçuları arasında milli komandanın heyətində ən çox oyunda iştirakaına görə bu mükafata layiq görülüb.

Ronaldo üçün İslandiya ilə oyun millidə 200-cü olub. Əvvəllər heç kim bu qədər oyun keçirməyib.

Portuqaliyalının nəticəsinə ən yaxını Küveyt millisində 196 dəfə çıxış etmiş Bader əl Mutavadır.

Həmin kateqoriyadan