Rusiya klubunda yeni baş məşqçi

Rusiya klubunda yeni baş məşqçi

Rusiyanın “Orenburq” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Allsport.az xəbər verir ki, bu posta Vladimir Slişkoviç təyin olub. 41 yaşlı mütəxəssis oktyabrın 3-də istefaya göndərilmiş David Deoqrasiyanı əvəzləyib.

Qeyd edək ki, “Orenburq” Rusiya premyer liqasında 11 turdan sonra 15-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan