Rusiyanın 109 olimpiyaçısı Rio-2016-da idmançılarımıza rəqib olmayacaq

Beynəlxalq Yay İdman Növləri Federasiyası Rio-2016-da Rusiya nümayəndə heyətinin sayını azaltmağa davam edir. Allsport.az saytı “dördillik” üçün seçilmiş rusiyalı idmançıların iştirakına yol verməmək hüququnu ona Beynəlxalq Olimpiya Komitəsi verib.

Olimpiadaya vəsiqə alan 387 idmançıdan 161 nəfəri artıq oyunlara buraxılıb, 109 idmançı tamamilə kənarlaşdırılıb, 117 idmançının vəziyyəti isə mübahisəlidir.

“Dördillik”dən kənarlaşdırılanların 67-si atlet, 27-si avarçəkən, 7-si üzgüçü, 1-i yelkənli idman və beşnövçüdür. 1 güləşçi, 3 velosipedçi və 2 ağırlıqqaldıran haqqında da kənarlaşdırma qərarının çıxarılacağı gözlənilir. Cəmi 109 nəfər. Həmin siyahının mütləq genişlənəcəyi ehtimal olunur.

Həmin kateqoriyadan