- Baxış sayı: 38
- 08 Noyabr 2026 20:55
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Qəbələ”nin müdafiəçisi Ruslan Abışov yenidən sıradan çıxıb. Allsport.az xəbər verir ki, millimizin də şərəfini qoruyan təcrübəli futbolçu ötən gün Topaz Premyer Liqasının 30-cu turunda “Rəvan”la görüşün ilk yarısında zədələnərək meydanı tərk etmək məcburiyyətində qalmışdı. Hələlik, onun zədəsinin nə dərəcədə ciddi olduğu bilinmir. Hər şeyə ətraflı həkim müayinəsindən sonra aydınlıq gələcək.