Rüsvayçı yenilgidən sonra “Neftçi”nin müşahidə şurası hansı qərarları qəbul edib?

Dünən “Neftçi” – “Qəbələ” matçından sonra, adı ilk çəkilən klubun müşahidə şurasının növbədənkənar iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, komandanın inzibati binasında təşkil olunmuş iclas səhər saatlarına qədər davam edib və toplantıda bir sıra qərarlar qəbul olunub:

1. Müzakirələr zamanı əsas komandanın yeni mövsümdəki nəticələri qənaətbəxş hesab edilməmişdir.
2. “Neftçi”nin yay aylarında yürüdülən transfer siyasəti qənaətbəxş hesab edilməmişdir. Bu transferlərin reallaşdırılmasında rolu olan şəxslər ciddi şəkildə cəzalandırılacaq və tutduğu vəzifədən kənarlaşdırılacaq.
3. “Neftçi”nin hazırki əsas heyətində ciddi islahatlar aparılacaq.
4. Əsas komandanın məşqçi heyəti və klubun inzibati heyəti dəyişdiriləcək.
5. Klub və komanda heyətinin maaşlarına yenidən baxılacaq, eyni zamanda mükafat və bonuslar ləğv ediləcək.

“Neftçi” klubu olaraq azarkeşlərimizi və bizi sevən hər kəsi bu çətin keçid dövründə bizə dəstək olmağa çağırırıq. Qeyd edək ki, sözü gedən matçda 8-qat ölkə çempionu tarixində ən acı məğlubiyyəti alıb – 0:8.

Həmin kateqoriyadan