- Baxış sayı: 33
- 07 Dekabr 2023 23:22
- Baxış sayı: 49
- Dekabr 05, 2023
- 0
Rusiya paytaxtında güləşçilərin mükafat yarışı keçirilib.
Allsport.az saytı xəbər verir ki, bu mübarizədə ölkəmizi böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi ilə “sərbəstlər”in bir neçə üzvü təmsil edib. Olimpiya çəkiləri üzrə keçirilən yarışda 97 kq-da Şamil Zubairov bütün rəqiblərinə qalib gəlib.
İslam Bazarqanov (57 kq) və Davud İbrahimov (65 kq) gümüş medal qazanıb. Gitinoməhəmməd Hacıyev (74 kq) və Osman Nurməhəmmədov (86 kq) fəxri kürsünün 3-cü yüksək pilləsinə qalxıblar.
Görüşlərin idarə edilməsində ölkəmizi 1-ci dərəcəli beynəlxalq hakim Sədi Quliyev təmsil edib.