Səhhəti “futbol kralı”na olimpiya məşəlini alışdırmağa imkan verməyib

Rio-2016-nın açılış proqramında dəyişiklik edilib. Allsport.az saytının məlumatına görə, əfsanəvi Pele mərasimdə iştirak edə bilməyib. Bu barədə “futbol kralı”nın özü açıqlama verib. Bildirib ki, olimpiya olimpiadanın açılışında iştirak etmək üçün fiziki cəhətdən hazır deyil.

Ancaq həkimlər daha əvvəl Pelenin mərasimdə iştirak edə biləcəyini demişdilər. Onun stadionda olimpiya məşəlini alışdıracağı gözlənilirdi. 75 yaşlı əfsanəvi futbolçu ötən ilin dekabrında əməliyyat olunub. O, hələ də əsasız yeriyə bilmir.

Həmin kateqoriyadan