Səhmlərinin bir hissəsi satılır

Səhmlərinin bir hissəsi satılır

“Liverpul”un sahibi “Fenvey sports qroup” (FSG) klubdakı azlıq səhm paketinin satışına dair “1892 Holdinqs” konsorsiumu ilə razılığa gəlib.

Allsport.az xəbər verir ki, səhmçilər qrupuna sahibkar Amit Bhatia, Mittal ailəsinin fondları, əsas investorlarından biri “Amazon”un qurucusu Ceff Bezos olan “K5 sports” fondu və “EE kapital” daxildir.

Bununla belə, FSG “Liverpul”dakı səhm paketini qoruyacaq. Yeni səhmçilər strateji qərarlarla bağlı klubun hazırkı sahibləri və rəhbərliyi ilə əməkdaşlıq edəcəklər.

Qeyd olunur ki, tərəflər razılığa gəlsələr də, sövdələşmə hələ rəsmən başa çatmayıb. Bunun üçün tənzimləyici qurumların təsdiqi tələb olunur.

Həmin kateqoriyadan