- Baxış sayı: 45
- 23 Sentyabr 2026 18:54
- Baxış sayı: 156
- Sentyabr 23, 2026
- 0
“Qarabağ”a qarşı Gəncə şəhər stadionunda keçirilən çempionat matçında zədələnən Şəhriyar Əliyevin durumu yaxşılaşıb. Allsport.az saytı xəbər verir ki, iki həftə yaşıl meydanlardan uzaq qalan müdafiəçi məşqlərə başlayıb.
Klubun tibb heyərinin məlumatına görə, müalicə prosesi planlaşdırıldığı kimi getsə, o, 2-3 gün sonra toplu çalışmalarda iştirak edə biləcək. Futbolçu hələlik, həkim nəzarəti altında fərdi halda məşq edir.