- Baxış sayı: 36
- 17 Avqust 2026 23:45
- Baxış sayı: 18
- Avqust 17, 2026
- 0

“Ayntraxt”ın hücumçusu Mişi Batşuayi karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Allsport.az xəbər verir ki, “Abha” belçikalı forvardı transfer edib.
Transfer məbləği və 32 yaşlı futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Mişi Batşuayi 2025-ci ilin fevralında 3 milyon avro qarşılığında “Qalatasaray”dan “Ayntraxt”a keçmişdi. Belçika millisinin sabiq üzvü 2025/26 mövsümündə Frankfurt təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 1 qol vurub.