“Saburtalo” – “Sabah” görüşü Azad Rəhimovun xatirəsinə həsr olunub

“Sabah” Gürcüstan toplanışında son yoxlama oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, komandamız yerli “Saburtalo” klubu ilə qarşılaşıb və matçın əsas vaxtı 1:1 edib. Penaltilər seriyasında rəqib daha dəqiq olub: 4:2.

Görüş Azərbaycanın mərhum gənclər və idman naziri Azad Rəhimovun xatirəsinə həsr olunub. Qalib komandaya xatirə kuboku təqdim olunub. Qarşılaşma “Zestafoni” təlim-məşq bazasının stadionunda keçirilib.

İyulun 15-dən Tiflisdə təlim-məşqdə olan“Sabah”, “Şukura” (1:0), “Samqurali” (0:1) və “Telavi” (1:3) klubları ilə qarşılaşıb.

Həmin kateqoriyadan