- Baxış sayı: 38
- 19 İyun 2026 20:30
- Baxış sayı: 65
- İyun 19, 2026
- 0

“Brayton”un baş məşqçisi Roberto de Zerbi bildirib ki, komandanın qapıçısı Robert Sançes artıq əsas heyətlə məşqlərə çıxmır.
Allsport.az xəbər verir ki, start heyətdə yerini itirən qapıçı könüllü olaraq əvəzedici komandaya keçib.
Robertodan qapıçının niyə əvəzediciyə keçdiyi soruşulanda: “özü qərar verib”-deyə bildirib.
İspan qapıçı İngiltərə premyer liqası matçına yalnız bir dəfə (aprelin 15-də “Çelsi”yə qarşı) və FA kubokunun yarımfinalında “Mançester Yunayted”ə qarşı start heyətində meydana çıxıb.