Serbiya qələbə ilə başladı, Almaniya yenə Rusiyada məğlub oldu

Bu gün Rusiya-2018 Dünya Kubokunda “E” qrupunda ilk turun oyunu keçirilib. Allsport.az saytı xəbər verir ki, “Samara arena”da Serbiya millisi Kosta Rika futbolçularına 1:0 qalib gəlib.

“F” qrupunda Moskvanın “Lujniki” stadionunda Meksika son dünya çempionu Almaniya yığması ilə qarşılaşıb. Gərgin və qarşılıqlı hücumlar şəraitində keçən mübarizədə şimali amerikalılar ilk rəsmi matçda güclü rəqibini məyuc etməyi bacarıb (1:0).

Həmin kateqoriyadan