“Simurq” “Bakı”nı darmadağın etdi

Bu gün Topaz Premyer Liqasında 34-cü tura start verilib. Allsport.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib.

Turun açılış matçında “Simurq” “Bakı”nı qəbul edib. Zaqatala klubu doğma meydanda autsayder üzərində böyük hesablı qələbəyə sevinib.

Topaz Premyer Liqası
34-cü tur
15 may (cümə)

“Simurq” – “Bakı” – 4:0 (2:0)
Qollar: D.Çeran, 28 (1:0). İ.Vaytsman, 37 (2:0). D.Çeran, 80 (3:0). R.Eyubov, 84 (4:0).
Hakimlər: Vüsal Əliyev, Rahil Ramazanov, Rza Məmmədov, İnqilab Məmmədov.
Zaqatala şəhər stadionu.

“Simurq”: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 4. Xuan Alberto, 5. Vadim Abdullayev, 7. Elnur Abdullayev, 9. Mirzağa Hüseynpur, 10. Rəşad Eyubov, 11. Draqan Çeran, 17. Rüstəm Məmmədov, 18. Tural Axundov, 20. İdan Vaytsman.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 25. Oruc Balaşlı, 33. Kənan Müslümov, 70. Cavad Kazımov, 78. İlqar Hüseynov, 81. Nicat Muxtarov, 83. Elmir Sulxayev.
Baş məşqçi: Georgi Çixradze.
“Bakı”: 26. Davud Əsgərov, 2. Nicat Əsgərov, 7. Nuran Qurbanov, 10. Nurlan Novruzov, 11. Tural Qürbətov, 15. Azad Kərimov, 19. Eltun Hüseynov, 21. Elşad Manafov, 56. Qeyrət Əliyev, 77. Ramazan Abbasov (k), 99. Kamil Nurəhmədov.
Ehtiyat oyunçular: 96. Səbuhi Əliyev, 4. Ülvi Süleymanov, 9. Raul Yaqubzadə, 17. Elmin Əsgərli, 23. Şəhriyar Xəlilov, 35. Qvanzan Maqomedov, 55. Aydın Mustafazadə.
Baş məşqçi: İbrahim Uzunca.

Turun qalan oyunları sabah keçiriləcək: 18:00. “Xəzər Lənkəran” – AZAL, 20:00. “Qəbələ” – “İnter”, 20:00. “Qarabağ” – “Sumqayıt”.

Bombardirlər:
15 – Nurlan Novruzov (“Bakı”).
14 – Draqan Çeran (“Simurq”).
11 – Nikolas Kanales (“Neftçi”), Cavid Hüseynov (“Qəbələ”).
10 – Məhəmməd Qurbanov (“Sumqayıt”), Reynaldo Silva (“Qarabağ”).

Həmin kateqoriyadan