Slovakiya millimizi bu futbolçularla qarşılayacaq

Millətlər liqasında sentyabrın 22-də Bakı vaxtı ilə saat 22:45-də Trnava şəhərində Antona Malatinski stadionunda Azərbaycan millisi ilə qarşılaşacaq Slovakiyanın heyəti açıqlanıb. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Frantçesko Kaltsona 27 futbolçunu milliyə çağırıb:

Qapıçılar: Martin Dubravka (“Mançester Yunayted”, İngiltərə), Marek Rodak (“Fulhem”, İngiltərə), Dominik Takaç (“Spartak” Trnava);

Müdafiəçilər: Petar Pekarik (“Herta”, Almaniya), Kristian Vallo (“Visla” Plotsk”, Polşa), Matuş Rusnak (“Jilina”), Martin Valyent (“Malyorka”, İspaniya), Norbert Gimber (“Salernitana”, İtaliya), Milan Şkrinyar (“İnter”, İtaliya), Lübomir Şatka (“Lex”, Polşa), David Hantsko (“Feyenoord”, Niderland), Vernon de Marko (“Slovan” Bratislava);

Yarımmüdafiəçilər: Stanislav Lobotka (“Napoli”, İtaliya), Yuray Kuçka (“Slovan” Bratislava), Miroslav Kaçyor (“Dunayska Streda”), Laslo Beneş (“Hamburq”, Alamniya), Kristian Herc (“Qrasshopper” İsveçrə), Matuş Bero (“Vitess”, Niderland), David Dyuriş (“Jilina”), Patrik Qoroşovski (“Genk”, Belçika);

Hücumçular: Erik Yirka (“Viktoriya”, Plzen, Çex Respublikası), İvan Şrants, Lukaş Haraslin (hər ikisi – “Slaviya”, Praqa, Çex Respublikası), Martin Reqali (“Rujomberok”), Robert Bojenik (“Boavişta”, Portuqaliya), Samuel Mraz (“Mirandes”, İspaniya), Adam Zrelyak (“Varta”, Polşa).

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish