Sorianu:”Turnir qazanmaq çox çətindir”

Allsport.az xəbər verir ki, “Man Siti”nin baş icraçı direktoru Feran Sorianu klubun pul üstünlüyü hesabına qalib gələməyi ilə razı deyil.

“Son 1,3 və ya 5 il ərzində İngiltərədə futbolçulara yatırılan pula baxın. Biz heç vaxt futbolçulara ən çox xərcləyən klub olmamışıq.

Bizdən çox pul yatıranlar var – “Çelsi”, “Mançester Yunayted”, “Arsenal”.

Çoxlu pul xərclədiyimizi və buna görə qalib gəldiyimizi söyləmək yanlışdır.

Premyer liqada uğur qazanmaq üçün hər gün çalışırıq. Turnir qazanmaq çox çətindir. Bu mövsüm bunu etsək, ardıcıl 3-cü, son 6 ildə isə 5-ci titul olacaq.

Öz təcrübəmdən bilirəm ki, bütün strategiyanızı çempionlar liqasının qalibi olmaq üzərində əsaslandıra bilməzsiniz”.

Həmin kateqoriyadan