Spalletti mövsümün ən yaxşı məşqçisi seçilib

Luçano Spalletti “A” seriyasında mövsümün ən yaxşı məşqçisi kimi tanınır.

Allsport.az xəbər verir ki, mükafat idman qəzetlərinin direktorlarından ibarət heyət tərəfindən verilib. Onlar komandalarının performansının keyfiyyəti, eləcə də yarışlar zamanı ədalətli oyun qaydalarına riayət olunması əsasında məşqçilərin işini qiymətləndiriblər.

“Luçano Spallettinin “Napoli” ilə keçirdiyi mövsüm qeyri-adi alınıb. O, yeni gələn futbolçuları ən yaxşı şəkildə komandaya uyğunlaşdıra və artıq heyətdə olan futbolçuları gücləndirə bilir.

O, beynəlxalq səviyyədə futbolun ən çox hörmət edilən səviyyələrindən birini nümayiş etdirir” – “A” seiyasının baş direktoru Luiqi De Siervo bildirib.

Həmin kateqoriyadan