“Spartak” Ayaz Quliyevi geri qaytara bilməyib

Yarımmüdafiəçi Ayaz Quliyev “Rostov”da qalmağa qərar verib. Allsport.az saytı xəbər verir ki, “Spartak” 22 yaşlı azərbaycanlı ilə danışıq aparsa da, istəyinə çata bilməyib.

Həmyerlimiz baş məşqçi Valeri Karpinin ilk dövrədə ona göstərdiyi etimadı nəzərə alaraq, “traktorçular”da qalmağı üstün tutub. Qeyd edək ki, Ayaz məhz bu Moskva klubunun yetirməsi olub.

Həmin kateqoriyadan