- Baxış sayı: 56
- 08 May 2026 16:02
- Baxış sayı: 155
- May 08, 2026
- 0

Noyabrın 16-da stolüstü tennis üzrə ölkə kubokuna start veriləcək. Allsport.az saytı xəbər verir ki, əsas məqsəd ölkədə kütləviliyi artırmaq və inkişaf etməklə yanaşı, idmançıların ustalığını yüksəltməkdir. Həmçinin, perspektivli stolüstü tennisçiləri üzə çıxarmaq və milli komandaya namizədləri müəyyənləşdirmək məqsədi daşıyan yarışda şəxsi və komanda mübarizəsində qaliblər bilinəcək.
“Şüa” idman kompleksində ölkə kubokuna müxtəlif idman cəmiyyətləri, klublar və uşaq-gənclər idman məktəbləri qatılacaqlar. Noyabrın 19-da yekun vurulacaq yarışın qalibləri nazirliyin diplomları və federasiyanın qiymətli hədiyyələri ilə təltif olunacaqlar.