Stolüstü tennis üzrə ölkə kubokunda qaliblər

Stolüstü tennis üzrə Azərbaycan kubokunun qalibləri məlum olub. Allsport.az saytı xəbər verir ki, yarışın sonuncu günündə final görüşləri keçirilib. Qadınlarda Məryəm İmanova 1-ci, Mərziyyə Nurmətova 2-ci, Aylin Əsgərova ilə Rüfət Əliyeva 3-cü yerləri tutublar.

Kişilərin yarışı Adil Əhmədzadənin qələbəsi ilə yekunlaşıb. O, finalda Vəzir Allahverdiyevə qalib gəlib. Nihad Məmmədovla İbrahim Ansari fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qadınların qoşa yarışında Mərziyyə Nurmətova ilə Arzu Aslanova qalib olublar. Ləman Abdulhəmidova, Zemfira Mikayılova tandemi ikinci yerdə qərarlaşıb. Rüfət Əliyeva, Xədicə Əbilzadə və Məryəm İmanova, Aliyə Haşımova cütü üçüncü olub.

Kişilərin qoşa turnirində Hilal Həsənov-Adil Əhmədzadə tandemi finalda Vəzir Allahverdiyev-Nihad Məmmədov ikilisinə qalib gəlib. Əliverdi Şahgəldiyev ilə Hüseyn Eylazov və Xəyal Həşimli ilə Cəfər Cəfərzadə üçüncü yerlə kifayətlənib.

Qarışıq qoşa yarışları Nihad Məmmədovla Ləman Abdulhəmidovanın qələbəsi ilə nəticələnib. Onlar finalda Əliverdi Şahgəldiyev-Mərziyyə Nurmətova tandemini üstələyiblər. Yusif Almazağazadə ilə Məryəm İmanova, həmçinin Hüseyn Eylazov ilə Aylin Əsgərova isə üçüncü yerə layiq görülüblər.

Həmin kateqoriyadan