- Baxış sayı: 122
- 16 Sentyabr 2026 17:38
- Baxış sayı: 237
- Sentyabr 17, 2026
- 0

Onur Quluzadə Avropa stolüstü tennis Federasiyasının təşkil etdiyi toplanışına yollanıb.
Allsport.az saytı xəbər verir ki, noyabrın 13-dən 20-dək Çex Respublikasının Havirov şəhərində düşərgədə onu millinin baş məşqçisi Mixail Timofeyev müşaiyət edəcək.
Havirov sınaqları sözügedən layihə çərçivəsində ilin sayca dördüncü və sonuncu toplanışıdır. Qitənin istedadlı tennisçiləri bunadək Slovakiya, Rumıniya və Fransada bir araya gəlmişdilər.