“Sumqayıt” “Adana Dəmirspor”la yoxlama matçında

Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” klubu iyulun 18-də qonşu ölkədə növbəti yoxlama oyununa çıxacaq. Allsport.az xəbər verir ki, Samir Abasovun komandası bu dəfə Türkiyə 1-ci liqa təmsilçisi “Adana Dəmirspor”la qarşılaşacaq. Qarşılaşma yerli vaxtla saat 16:00-da başlayacaq.

Qeyd edək ki, “kimyagərlər”in rəqibi 2015/2016 mövsümünü PTT 1-ci liqada 4-cü pillədə tamamlayaraq Super Liqaya yüksəlmək uğrunda pley-off mərhələsinə vəsiqə qazanıb. Adana təmsilçisi bu mərhələdə iki oyunun nəticəsinə görə “Elazığspor”dan üstün olub finala yüksəlsə də, həlledici görüşdə penaltilər sonrası “Alanyaspor”a məğlub olmaqla Super Liqaya yüksəlmək şansını itirib. Daha bir maraqlı fakt isə ondadır ki, “Adana Demirspor”un hücumçusu Mikael Pote 2015/2016 mövsümündə 23 qol vurmaqla 1-ci liqanın bombardiri olub.

Xatırladaq ki, “Sumqayıt” Boludakı ilk yoxlama matçında Səudiyyə Ərəbistanı təmsilçisi “Al Khaleej”ə 1:3 hesabı ilə məğlub olmuşdu.

Həmin kateqoriyadan