“Sumqayıt” evdə “Kəpəz”lə heç-heçə etdi, “Neftçi” qələbəni son 5 dəqiqədə əldən verdi

Bu gün Premyer Liqada 5-ci tura start verilib. Allsport.az saytı xəbər verir ki, ilk oyun günündə 2 görüş keçirilib.

Sumqayıtın eyniadlı komandası doğma meydanda “Kəpəz”lə qarşılaşıb. Hərəyə 1 qol vurulan matçda qalib müəyyənləşməyib – 1:1.

Günün digər matçında 2 paytaxt klubu – “İnter”lə “Neftçi” üz-üzə gəlib. Bu görüşdə hesabı qonaqlar açıblar. Amma matçın sonlarında səhnəyə çıxan Rauf Əliyev 5 dəqiqə ərzində 2 dəfə fərqlənərək komandasına qələbə gətirib – 2:1.

Həmin kateqoriyadan