“Sumqayıt” Premyer Liqaya 19 futbolçu ilə başlayır

“Kəpəz”in ardınca “Sumqayıt” da Premyer Liqanın yeni mövsümü üçün iştirak ərizəsini Peşəkar Futbol Liqasına təqdim edib. Allsport.az xəbər verir ki, sumqayıtlıların sifariş vərəqəsində 19 futbolçunun adı yer alıb.

Onlardan ikisi qapıçı, yeddisi müdafiəçi, doqquzu yarımmüdafiəçi, cəmi biri hücumçudur:

Qapıçılar: Tərlan Əhmədli, Şahruddin Məhəmmədəliyev;

Müdafiəçilər: Mikayıl Rəhimov, Cəmil Hacıyev, Bəxtiyar Həsənalızadə, Nodar Məmmədov, Vurğun Hüseynov, Slavik Alxasov, Emin Mehdiyev;

Yarımmüdafiəçilər: Nuran Qurbanov, Amit Quluzadə, Ayaz Mehdiyev, Elnur Abdulov, Uğur Pamuk, Aleksandr Çertoqanov, Murad Ağayev, Tofiq Mikayılov, Ağabala Ramazanov;

Hücumçular: Pərdis Fərcad-Azad.

Baş məşqçi: Aqil Məmmədov.

Həmin kateqoriyadan