“Sumqayıt” yeni mövsümə Türkiyənin Bolu şəhərində hazırlaşacaq

Premyer Liqanı 8-ci sırada bitirən “Sumqayıt” klubunun yeni mövsüm üçün hazırlıq planı məlum olub. Allsport.az saytı xəbər verir ki, “kimyaçılar” iyun ayının 22-si doğma şəhərdə bir araya gələcək. Toplanışın ilk mərhələsi ölkə daxilində baş tutacaq. Sonra komanda ölkə xaricinə üz tutacaq.

Samir Abasovun drujinası Türkiyənin Bolu şəhərinə yollanacaq. Komandanın burada bir neçə hazırlıq matçında qüvvəsini sınayacağı nəzərdə tutulub. Hələlik rəqiblərin kimliyi barəsində xəbər verilmir.

Həmin kateqoriyadan