“Təəssüf ki, yaratdığımız 4-5 qol imkanından istifadə edə bilmədik”

Bu gün millətlər liqasında “Astana arena”da Qazaxıstan futbolçuları Azərbaycan millisinə 2:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra mətbuat konfransında baş məşqçimiz Canni de Byazi yenilgiyə belə şərh verib:

“İlk hissədə çoxlu imkanlarımız oldu. Təəssüf ki, yaratdığımız 4-5 qol imkanından istifadə edə bilmədik. Hətta deyərdim ki, mən baş məşqçi təyin olunduğumdan gündən bəri ən yaxşı ilk hissəni oynadıq. Start heyəti oyuna çox yaxşı başladı.

2-ci hissədə 26 metrdən qol buraxdıq. İkinci qol isə böyük diqqətsizlikdən oldu. Hansı ki, təcrübəli futbolçular belə səhv etməməlidirlər. 2:0-dan sonra oyunda dönüş yaratmaq çox çətin idi.

Təəssüf ki, oyunumuz uğursuz nəticələndi. Futbol elə oyundur ki, yaratdığın qol imkanlarından istifadə etməlisən, etməsən nəticədə məğlub olacaqsan. Adətən uduzanda səhv məşqçidə olur”.

Həmin kateqoriyadan