“Tələsməyin, milliyə futbolçuların necə cəlb olunması barədə faktlar açıqlayacağam”

Millimizin keçmiş hücumçusu Zaur Ramazanov açıqlama verib. Allsport.az saytı xəbər verir ki, veteran futbolçu “ay-ulduzlular”ımızın Sloveniyaya ilə yoxlama görüşünə (0:0) qiymət verib:

“Baş məşqçi De Byazi eksperimentlər apardı. Hər halda yoldaşlıq matçı idi, nəticə vacib deyildi. Ona görə də gəlin, tələsməyək. Qarşıda hələ Monteneqro və Lüksemburqla oyunumuz var.

Bu komandalar qrupun qalibi olmaq uğrunda mübarizə aparırlar. Ona görə Azərbaycanla görüşdə xal itirmək istəməyəcəklər. Düşünürəm ki, qrupu maksimum 3-cü yerdə başa vura bilərik. Bu da yaxşı nəticə deyil.

Tələsməyək, millətlər liqasının başa çatmasını gözləyək. Ondan sonra mən sizə milliyə futbolçuların necə cəlb olunması barədə müsahibə verəcəm və bəzi faktları açıqlayacağam” (sportal.az).

Həmin kateqoriyadan