- Baxış sayı: 26
- 19 İyun 2026 20:30
- Baxış sayı: 28
- İyun 19, 2026
- 0

Serbiya millisinin kapitanı Duşan Tadiç açıqlama verib. Allsport.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi DÇ-2022-nin seçmə mərhələsinin ilk turunda İrlandiyanı məğlub etdikləri matç (3:2) barədə danışıb:
“Məşqçinin bizdən istədiyini yerinə yetirməyə çalışdıq. Cəmi 3 gün birlikdə olmuşduq. Oyunda yaxşı və pis məqamlar var idi. Mənfi tərəfləri yaxşılaşdırmağa çalışacaq”.
Tadiç Portuqaliya ilə matçı gözlədiklərini deyib: “Oyunu həvəslə gözləyirik. Görürük ki, Avropa çempionu da Azərbaycana qarşı mübarizə apardı. Hər zaman oyunlara 100 faiz köklənməlisən. Portuqaliyada bir çox böyük adlar var. Özümüzə inanmalıyıq”.
Serbiya martın 27-də Portuqaliyanı qəbul edəcək, 30-da isə Azərbaycanla Bakıda qarşılaşacaq.