Taekvondo üzrə DÇ-yə həsr olunmuş konsert keçiriləcək

Allsport.az xəbər verir ki, 27 may saat 18:00-da Heydər Əliyev mərkəzinin parkında taekvondo üzrə dünya çempionatına həsr olunmuş konsert proqramı həyata keçiriləcək.

Konsertin əsas ulduzları respublikanın xalq artisti, “Diva” Aygün Kazımova və sevilən müğənni, Miri Yusif ifaları ilə dinləyicilərə əyləncə dolu anlar yaşadacaq.

Proqramın növbəti hissəsində İlkin Fuadoğlu və Dj Nicolas mahnıları ilə gecəni unudulmaz edəcək. Şənbə günü baş tutacaq möhtəşəm konsert proqramına giriş ödənişsizdir.

Sayca 26-cı dəfə təşkil olunacaq yarış dünya taekvondo federasiyasının 50 illiyinə təsadüf edir. Yubiley tədbiri Bakı şəhərində qeyd olunacaq.

2 minədək qonağın gəlməsi gözlənilən yarışa 145 ölkədən ümumilikdə 1000-ə qədər idmançı  qeydiyyatdan keçib. Çempionat münasibətilə xüsusi ziyafətin təşkil olunması nəzərdə tutulub. 7 gün çəkəcək yarış Bakı Kristal Zalında baş tutacaq.

Həmin kateqoriyadan