Taekvondo üzrə dünya çempionatına son 7 gün

Allsport.az xəbər verir ki, mayın 29-dan iyunun 4-dək Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatının başlamasına 7 gün qalıb.

Bir çox beynəlxalq idman yarışına yüksək səviyyədə ev sahibliyi edən ölkəmiz, bu dəfəki çempionatın əlamətdarlığı ilə də fərqlənəcək. Sayca 26-cı dəfə təşkil olunacaq yarış dünya taekvondo federasiyasının 50 illiyinə təsadüf edəcəyindən yubiley tədbiri şəhərimizdə qeyd olunacaq. Dünya çempionatı Rusiyadan sonra MDB ölkələri arasında 2-ci dəfə Azərbaycanda baş tutacaq. Ölkəmiz mundialı qəbul edəcək Avropa ölkələri arasında isə Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra 7-ci kimi tarixə düşəcək.

Yarışlarda dünyanın ən güclü taekvondoçuları 16 çəki dərəcəsində mübarizə aparacaq. Dünya çempionu olacaq taekvondoçu aktivinə 140 reytinq xalı əlavə edəcək. 2 minədək qonağın gəlməsi gözlənilən yarışa 145 ölkədən 1000-ə qədər idmançı qeydiyyatdan keçib. Çempionat münasibətilə xüsusi ziyafətin təşkil olunması nəzərdə tutulub. 7 gün çəkəcək yarış Bakı kristal zalında baş tutacaq.

Həmin kateqoriyadan