- Baxış sayı: 68
- 05 Avqust 2026 22:33
- Baxış sayı: 101
- Avqust 10, 2026
- 0

Eyndhoven şəhərində taekvondo üzrə keçirilən 52-ci açıq Niderland çempionatının ikinci günündə milli komandanın üzvləri yeniyetmələr arasında 5 qızıl, 5 gümüş və 6 bürünc medal əldə ediblər.
Allsport.az xəbər verir ki, Sabir Məmmədli (33 kq), Rüqəyya Əliyeva (33 kq), Nicat Nadirov (41 kq), Yusif Nağızadə (57 kq) Rəsul Cavadzadə (61 kq) qızıl,Elmira Bayraq (41 kq), Musa Süleymanlı (37 kq), Əbil Mehralı (45 kq), Ədiş Cəlilov (49 kq), Gülnaz Abdullayeva (59 kq) gümüş , Mədinə Aslanlı (29 kq), Tapdıq Quluzadə (33 kq), Kənan Bayramlı (37 kq), Cavidan Heydərzadə (41 kq), Akif Əliyev (45 kq) və Saleh Heydərov (53 kq) bürünc medallara layiq görülüblər.