- Baxış sayı: 54
- 05 May 2026 14:42
- Baxış sayı: 132
- May 08, 2026
- 0

Millimiz Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda Balkan kubokunda 2 qızıl medal qazanıb. Allsport.az xəbər verir ki, baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Sənan Həşimovun rəhbərliyi altında Qaşim Məhəmmədov (63 kq) və Milad Hərçəqani (+87 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Adı ilk çəkilən taekvondoçu mübarizəyə 1/8 finaldan başlayıb. O, ardıcıl olaraq bolqarıstanlı, ispaniyalı və albaniyalı rəqiblərinə qalib gələrək, finala yüksəlib. Qaşim həlledici görüşdə italiyalı idmançı ilə də inamlı döyüşərək, qalib adına yiyələnib.
2-qat dünya çempionumuz isə Xorvatiya, Şimali Makedoniya və İspaniya taekvondoçularını məğlub edərək, öz çəki dərəcəsində ən güclü olub.