- Baxış sayı: 53
- 23 İyun 2026 16:34
- Baxış sayı: 86
- İyun 23, 2026
- 0

Taekvondo üzrə Azərbaycan millisi Dohada keçirilən Qətər açıq çempionatını 5 medalla başa vurub.
Allsport.az xəbər verir ki, idmançılar “G1” kateqoriyalı beynəlxalq turnirdə 1 gümüş, 4 bürünc mükafata sahib olublar.
Yalnız finalda məğlub olan Cavad Ağayev (74 kq) fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Səyyad Dadaşov (54 kq), Qaşim Maqomedov (58 kq), Həmidreza Badrialiabadi (87 kq) və Səmərrux Osmanova (53 kq) isə bürünc medala yiyələniblər.