- Baxış sayı: 90
- 02 Noyabr 2026 21:48
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Azərbaycan teakvondoçusu Qaşım Maqomedov İordaniyada beynəlxalq prezident kubokunda qızıl medal qazanıb.
Allsport.az xəbər verir ki, 58 kq çəkidə mübarizə aparan idmançı bütün döyüşlərini qələbə ilə başa vurub.
O, yarışın finalında Bakıda keçirilən son dünya çempionatının qalibi olan cənubi koreyalı Bae Yun-Seo ilə qarşılaşıb. Maqomedov rəqibi üzərində inamlı qələbə qazanaraq, İordaniyada fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.