Taekvondoçumuz lisenziyanın 1 addımlığında

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Çinin Usi şəhərində olimpiya çəkiləri üzrə keçirilən “Böyük Dəbilqə” təsnifat mərhələsinin qalibi olub. 

Allsport.az xəbər verir ki, 58 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü finalda koreyalı Yanq Huiçanı 2:1 hesabı ilə məğlub edib. 

O, bununla da “Böyük Dəbilqə” qızıl medalını qazanan ilk Azərbaycan taekvondoçusu olub. 

Maqomedov həlledici döyüşədək isə Lei Liu, Yunsonq Yu (hər ikisi Çin) və Abulfez Zandi (İran) üzərində qələbə qazanıb. 

Təsnifat mərhələsini qızıl medalla başa vuran Maqomedov “Böyük Dəbilqə”nin çempionlar seriyasının final mərhələsinə yüksəlib. Taekvondoçumuz bu yarışda da qalib olacağı halda, Paris-2024 Yay olimpiya oyunlarına lisenziya qazanacaq. 

Qeyd edək ki, Qaşım qızıl medala yiyələnməklə aktivinə 120 lisenziya xalı yazdırıb.

Həmin kateqoriyadan