Taekvondoçumuz Paris-2024-ə vəsiqə qazanıb

Çinin Usi şəhərində taekvondo üzrə “Böyük dəbilqə” turniri davam edir. Allsport.az xəbər verir ki, Azərbaycan idmançısı çempionlar seriyasının final mərhələsinin qalibi olub.

Təsnifat mərhələsini qızıl medalla başa vuran Qasım Məhəmmədov (58 kq) növbəti uğura nail olub. O, 1/4 finalda qran-prinin son iranlı qalibini məğlub edərək, yarımfinala yüksəlib. Qasım bu mərhələdə Bakıda dünya çempionatında uduzduğu çinli rəqibini məğlub edib.

Taekvondoçumuz çempionlar seriyasının həlledici görüşündə son dünya çempionu Koreya Respublikası təmsilçisi Bae Yun-Seyə qalib gəlib. Bu qələbə Paris-2024 yay olimpiya oyunlarına lisenziya verib.

Həmin kateqoriyadan