- Baxış sayı: 90
- 02 Noyabr 2026 21:48
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Azərbaycan taekvondoçusu Zemfira Həsənzadə 21 yaşadək idmançılar arasında Avropa çempionatında bürünc medal qazanıb.
Allsport.az xəbər verir ki, 46 kq çəkidə mübarizə aparan yığma üzvü Rumıniyanın paytaxtı Buxarestdə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Həsənzadə ilk döyüşündə finlandiyalı Ada-Emilya Tammilanı məğlub edib. O, ardınca Giulia Qalero (İtaliya) və Melina Georgiouya (Yunanıstan) da qalib gələrək yarımfinala yüksəlib. Taekvondoçumuz bu mərhələdə ispaniyalı Sofia Qarsiyaya uduzaraq Avropa çempionatında 3-cü yeri tutub.