“Tamgənc”də yarımfinalın iştirakçıları müəyyənləşib

Allsport.az xəbər verir ki, Azərbaycan texniki universitetinin idman zalında “Tamgənc” tələbə basketbol liqasının sonuncu – 21-ci turunun oyunları baş tutub. Matçlarda aşağıdakı nəticələr qeydə alınıb:
BMU – Xəzər (68:44)
ADNSU – ADİU (69:61)
BDU – ATU (22:73)

Bu nəticələrdən sonra çempionatı ilk “dördlükdə “4-lük”də tamamlayan (1-ATU, 2-ADBTİA, 3-ADNSU, 4-ADİU) komandalar yarımfinala vəsiqə qazanıblar. Çempionatın reqlamentinə əsasən müntəzəm mövsümü 1-ci pillədə tamamlamış komanda 4-cü, 2-ci pillədə bitirmiş kollektiv isə 3-cü pillədə qərarlaşmış komanda ilə yarımfinal oyunu keçirəcək. Yarımfinal matçları Azərbaycan texniki universitetinin idman zalında baş tutacaq.

19 aprel saat 12:00. (ATU – ADİU)
19 aprel saat 13:30. (ADBTİA – ADNSU)

Həmin kateqoriyadan