- Baxış sayı: 49
- 24 Sentyabr 2026 18:46
- Baxış sayı: 180
- Sentyabr 24, 2026
- 0
Azərbaycan həndboluna ağır itki üz verib. Allsport.az saytı xəbər verir ki, gənc qızlardan ibarət millimizin baş məşqçisi Mansur Xametov dünən dünyasını dəyişib. O, ölkənin sanballı mütəxəssislərindən sayılırdı.
Müstəqilliyimizin ilk illərində yaradılan, bir müddət parlaq çıxış edən qadınlar arasında «Xəlitə» klubunu çalışdırıb. Xidmətlərinə görə əməkdar məşqçi adını alıb.
O, həmçinin, millimizdə uzun müddət sol cinahda çıxış edən Rumiyə Xametovanın atası olub. Allah rəhmət etsin!