Tarixdə ilk dəfə hicablı futbolçu dünya çempionatında çıxış edib

Tarixdə ilk dəfə hicablı futbolçu dünya çempionatında çıxış edib

Mərakeş millisinin müdafiəçisi Nuhayla Benzina Dünya Kubokunda hicablı oyuna çıxan ilk qadın olub. Allsport.az saytı xəbər verir ki, o, qrup mərhələsinin 2-ci turunun Cənubi Koreya millisi ilə matçının ilk dəqiqələrindən meydana daxil olub və sarı vərəqə alıb.

Görüş Afrika təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bundan əvvəl FİFA oyunçulara matçlarda dini məqsədlər üçün baş örütüyü taxmağı yasaqlamışdı. Qadağa 2014-cü ildə götürülüb. Qərara baxmayaraq, Fransada hicab hələ də qadağandır.

Adı çəkilən dövlət hesab edir ki, bu qərar ona “futbolun əsasını təşkil edən respublika və vətəndaş dəyərlərini və ayrı-seçkiliyin bütün formaları ilə mübarizə və gender bərabərliyini təşviq etmək üçün tam öhdəliyi bir daha təsdiqləmək” imkanı verir.

Dünya çempionatı iyulun 20-dən avqustun 20-dək Yeni Zelandiya və Avstraliyada keçirilir.

Həmin kateqoriyadan